Fövqəladə Hallar Nazirliyindən bildirilib Fövqəladə Hallar Nazirliyindən bildirilib
  • Toplum
  • 29 Noyabr 2020 20:22
  •  3 418

Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Fövqəladə Hallar Nazirliyindən bildirilib

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olub.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.