Yaxın günlərdə Turalın əlilliyinin qiymətləndirilməsi aparılacaq Yaxın günlərdə Turalın əlilliyinin qiymətləndirilməsi aparılacaq
  • Toplum
  • 10 Dekabr 2020 16:50
  •  2 203

Nazirlik daha bir qaziyə dəstək oldu

Yaxın günlərdə Turalın əlilliyinin qiymətləndirilməsi aparılacaq

Vətən müharibəsində yaralanmış Tural Əsədzadənin ailəsi də sosial dəstəklə təmin olunur.

AzNews.az xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Fazil Talıbov məlumat verib.

O bildirib ki, Turalın atasının istəyinə uyğun olaraq ailə növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib və yaxın günlərdə proqram çərçivəsində onların kiçik ailə təsərrüfatı qurulacaq:

“Nazirlik əməkdaşları Tural və ailə üzvləri (Bərdənin Sərkarlar kəndi) ilə görüşərkən onları bu barədə məlumatlandırıblar.

Həmçinin onlara bildirilib ki, yaxın günlərdə Turalın əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda aylıq sosial ödənişlər (təqaüd və müavinət) alacaq”.

Səidə

AzNews.az