Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında məlumat verilib Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında məlumat verilib
  • Toplum
  • 12 Dekabr 2020 14:09
  •  4 989

AMEA-da iki direktor işdən çıxarıldı

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında məlumat verilib

AMEA-nın iki institut direktoru vəzifəsindən azad olunub.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dekabrın 11-də keçirilən iclasında məlumat verilib.

Belə ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.