- Toplum
- 26 Dekabr 2020 12:54
- 6 977
Distant təhsil yanvarın 31-dək uzadıldı

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
AzNews.az-ın verdiyi xəbərə görə, qərara əsasən, distan təhsilin müddəti 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.