Təltif olunanların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var Təltif olunanların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var
  • Toplum
  • 28 Dekabr 2020 20:17
  •  4 275

Nazirliyin döyüşə qatılan əməkdaşları təltif olunub

Təltif olunanların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsində tarix yazan rəşadətli ordumuzun zabit, gizir və əsgər heyəti Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunub.

AzNews.az-a daxil olan məlumata görə, onların arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Nəsibov Asəf Səfərəli oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ərazilərin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiklərinə görə Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abbasov Rəşad Barıt oğlu, Tağıyev Olxan Arif oğlu, Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu “Cəsur döyüşçü” medalı ilə təltif olunublar.