“Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır” “Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır”
  • Toplum
  • 17 Yanvar 2021 13:07
  •  3 580

"Səyyar komissiyada 202 vətəndaş qəbul edilib" - Müdafiə Nazirliyi

“Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır”

Yanvar ayının 11 dən Müdafiə Nazirliyinin əmri ilə yaradılan komissiyayada Bakı şəhəri üzrə 1751 nəfər, Füzuli rayonunda yaradılmış səyyar komissiya tərəfindən 202 nəfər vətəndaş qəbul edilib.

AzNews.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, son 6 gündə qeydə alınan müsbət müraciətlərdən biri də bəzi vətəndaşların könüllü şəkildə komissiyada qalaraq insanlara köməklik göstərmək istəməsidir.

“Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır” -deyə Anar Eyvazov əlavə edib