Gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur Gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur
  • Toplum
  • 19 Yanvar 2021 19:56
  •  3 301

Xəzərə axıdılan sularla bağlı məlumat bazası yaradılır

Gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə Xəzər dənizinin çirklənməsi məsələsindən danışıb.

AzNews.az xəbər verir ki, R. Səttarzadə bildirib ki, Xəzər dənizinin çirklənmədən qorunması nazirliyin prioritet məsələlərindəndir:

“Kanalizasiya suları və sutəmizləyici qurğularla bağlı məsələ “Azərsu” ASC-nin səlahiyyəti olduğuna görə biz sözsüz ki, o qurumla daha sıx işləyirik. Sizi inandırım ki, həmin quruma qarşı da müvafiq tədbirlər görülür”.

O həmçinin qeyd edib ki, nazirlik Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır:

“10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş, tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur”.