Genralımız Polad Həşimovu hər yerdə yaşatmalıyıq Genralımız Polad Həşimovu hər yerdə yaşatmalıyıq
  • Toplum
  • 20 Yanvar 2021 00:46
  •  9 096

Abşeronun iki küçəsinə general Polad Həşimovun adı verilib

Genralımız Polad Həşimovu hər yerdə yaşatmalıyıq

Abşeron rayonunda şəhid General-mayor Polad Həşimovun adına iki küçə verilib

Bu barədə AzNews.az-a BAXCP sədrinin müavini, tanınmış politoloq, QHT sədri Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bir necə gün bundan qabaq Abşeron rayonun Mehdiabad və Novxanı qəsəbələrində Abşeron rayon icra hakmiyyətinin sərəncamı ilə general Polad Həşimovun adına iki küçəyə adı verilib: "Artıq həmin küçələrdə Polad Həşimovun adını daşıyan lövhələr asılıb. Çox sevindirci xəbərdi. Xatırlayırsınızsa bir müddət əvvəl bir Abşeron rayonun sakini kimi icra hakimiyyətin rəhbərliyinə rəsmi müraciət etmişdim ki, yaşadığım Mehdiabad qəsəbəsinin küçələrinin birində Azərbaycanın qəhrəman generalı Polad Həşimovun adı verilsin. Həmin müraciətim rayon rəhbərliyinə təqdim edilmişdi. Bu müraciətimdən sonra icra hakmiyyətindən bildirmişdilər ki, rayon rəhbərliyinin bu yönümdə xüsusi tapşırığı var . Və bununla bağlı lazımi addımlar atılacaq. Bu gün Abşeron rayonun icra hakmiyyətinin atdığı bu addımlar Ali Baş Komandan İlham Əliyevin apardığı vətənpərvərlik siyasətinin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin 17 illik rəhbərlik etdiyi dövrdə hər zaman gəcnlərin vətənpərvərlik ruhunun yüksək olmasını özünün proritet istiqaməti götürüb. Və bunun nəticəsidir ki, həmin gənclərlə 2-ci Qarabağ müharibəsində Ali Baş Komandan 44 günlük savaşla 30 illik işğal altında olan Qarabağ və ətraf rayonlarını erməni işğalından azad etdi. Qafaqazın incisi olan Şuşanı əlbəyxa döyüşlə geri alan qorxmaz əsgərlərimizin hər biri üçün general Polad Həşimov, Milli qəhrəman Mübariz İbrahimov və digər döyüşçülərimiz döyüş əzminin yüksəldən bir faktora çevrilmişdir. Bu gün də həmin qəhrəmanlrın adlarının ədəbiləşdirilməsi siyasətini cənab Prezident İlham Əliyev həyata keçirdir. Gələcək nəsillər Azərbaycan xalqının bütün qəhrəmanlarını, şəhidlərini, qazilərini, qorxmaz əsgərlərini unutmayacaq! Çox sevindirici haldır ki, artıq Abşeron rayonun ərazisində də generalımızın adını daşıyan küçələr var! Hər birimizin ürəyincədir ki, Abşeron rayonun icra hakmiyətinin rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda səngərdə şəhid olan, xalqımızın fəxri Polad Həşimovun adına Mehdiabad qəsəbəsinin küçələrinin birinin adının dəyişdirilməsinə öz köməyini əsirgəmiyib. Genralımız Polad Həşimovu hər yerdə YAŞATMALIYIQ! Mənə elə gəlir ki, buna tək mən yox, Mehdibad qəsəbəsində yaşayan 50 min vətəndaşın hər biri sevinir!"