1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub
  • Toplum
  • 21 Yanvar 2021 16:14
  •  7 708

Qaydalara məhəl qoymayan 2 xəstəyə cinayət işi açıldı

1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.