• Toplum
  • 25 Yanvar 11:52
  •  2 575

Azərbaycanda yol qəzaları ən çox hansı səbəbdən baş verib? - RƏSMİ

BDYPİ açıqladı

Ötən il Azərbaycanda sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol qəzalarının sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, 1 534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib:

"Onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən törənib". (report)

AzNews.az