Tədricən virusun sönməyə doğru getdiyi bir dönəmə qədəm qoymuşuq Tədricən virusun sönməyə doğru getdiyi bir dönəmə qədəm qoymuşuq
  • Toplum
  • 26 Yanvar 2021 15:46
  •  4 157

"Bu qaydalara əməl olunduğu halda qapanma olmayacaq" -ekspert

Tədricən virusun sönməyə doğru getdiyi bir dönəmə qədəm qoymuşuq

“Uzun müddətdən sonra dərslərin ənənəvi qaydada başlaması təqdirəlayiq addımdır. Çünki ibtidai siniflər təhsildən çox geri qalırdılar. Bunun da qarşısını almaq üçün mütləq şəkildə ənənəvi təhsil sisteminə keçid vacib idi”.

Bu sözləri AzNews.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert tədricən bu addımların atılmasını yüksək qiymətləndirib: “Nəzərə alsaq ki, yoluxmanın sayında da azalma müşahidə olunur, eyni zamanda ölkəmizdə vaksinasiya prosesinə artıq start verilib. Tədricən virusun sönməyə doğru getdiyi bir dönəmə qədəm qoymuşuq. Düşünürəm ki, ciddi bir çətinliklə üzləşməyəcəyik. Bütün bunlara baxmayaraq yenə də hər bir şagird, hər bir valideyn, müəllim xüsusi diqqətlə bu prosesə nəzarət etməlidirlər. Əsas da qoruyucu maskalardan istifadə, hansı ki, Təhsil Nazirliyi buna riayət etməyi tövsiyyə edib. Valideynlər uşaqları məktəbə göndərdikləri zaman mütləq şəkildə maska taxmaqlarının, tibbi spirtdən istifadə etməyin, sosial məsafəyə riayət etməyin vacibliyini izah etməlidirlər.

Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı TƏBİB-in müəyyən etdiyi qaydalara əməl etmək vacibdir. Bütün bu qaydalara əməl olunduğu halda, məncə, qarşıdakı zamanlarda qapanma olmayacaq. Tövsiyyə olaraq onu deyə bilərəm ki, yalnız mövcud qaydalar nədirsə - izolyasiya qaydaları valideynlər, müəllimlər sırf həmin qaydalara riayət etsinlər".

Səidə

AzNews.az