• Toplum
  • 27 Yanvar 10:10
  •  3 183

Azərbaycanlı dənizçinin nəşi vətənə göndərilib

Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

Bu barədə məlumatı “Anadolu” yayıb.

Cənazə yerli vaxtla 07:30-da İstanbuldan Bakıya göndərilib.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib. ("Report")

AzNews.az