• Toplum
  • 29 Yanvar 16:12
  •  59 847

Məşhur xəstəxana ləğv olunduğunu elan etdi

MMC 23 iyun 2017-ci ildə yaradılıb

Bakıda "Kaspar” kimi tanınan məşhur xəstəxananı idarə edən "Dənizçilər poliklinikası” MMC ləğv olunduğunu elan edib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinini törəmə müəssisəsi olan "Dənizçilər poliklinikası” MMC-yə qarşı tələbləri olan kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, nizamnamə kapitalı 1 milyon 22 min 399 manat olan MMC 23 iyun 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Fəxrəddin Qiyas oğludur. (Qaynarinfo)

AzNews.az