Onlar qanunsuz olaraq işdən çıxarılıblar Onlar qanunsuz olaraq işdən çıxarılıblar
  • Toplum
  • 23 Fevral 2021 16:30
  •  5 930

FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər

Onlar qanunsuz olaraq işdən çıxarılıblar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşıblar.

AzNews.az xəbər verir ki, onlar əməkhaqlarının verilməməsindən şikayətlənirlər.

Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər.

FHN-in Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva jurnalistlərə bildirib ki, yaxın günlərdə şikayətçilərin maaşları veriləcək.