Nazirlik açıqlama verib Nazirlik açıqlama verib
  • Toplum
  • 24 Fevral 2021 21:00
  •  6 109

Məktəblərdə sabah dərs olacaqmı?

Nazirlik açıqlama verib

Havanın qarlı və küləkli olması bu gün məktəblərdə dərsə davamiyyətin aşağı olmasına səbəb olub. Davamiyyətin aşağı olması, eyni zamanda şaxtalı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq sabah məktəblərdə əyani formada dərslərin keçirilib-keçirilməyəcəyi ilə bağlı da suallar yaradıb.

AzNews.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, məktəblərdə fevralın 25-də tədrisin dayandırılması ilə bağlı qərar verilməyib:

"Nazirlikdə bu barədə məlumat yoxdur. Belə məlumatlar olduğu zaman onlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır".(trend)