Klinikaya yerləşdirilən də var, evdə müalicə alan da... Klinikaya yerləşdirilən də var, evdə müalicə alan da...
  • Toplum
  • 16 Aprel 2021 13:02
  •  6 431

Məhkəmənin 4 hakimi COVİD-19-a yoluxdu

Klinikaya yerləşdirilən də var, evdə müalicə alan da...

Azərbaycanda bir məhkəmənin 4 hakimində koronavirus aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanov və Novruz Kərimovun COVID-19-testinin cavabı pozitiv çıxıb.

S.Hacıyev “Yeni klinika”ya yerləşdirilib, digər hakimlər isə ev şəraitində müalicə olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsindən “Report”a faktı təsdiqləyiblər.