2 nəfər tüstüdən zəhərlənib 2 nəfər tüstüdən zəhərlənib
  • Toplum
  • 18 Aprel 2021 09:17
  •  4 573

Bakıda yaşayış binasında yanğın olub

2 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aznews.az