Bu barədə məlumatı Agentlikdən təsdiqləyiblər Bu barədə məlumatı Agentlikdən təsdiqləyiblər
  • Toplum
  • 20 Aprel 2021 12:37
  •  9 945

“Qurd”a BNA-da vəzifə verildi

Bu barədə məlumatı Agentlikdən təsdiqləyiblər

“Qurd” ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

AzNews.az bildirir ki, bu barədə məlumatı “Qafqazinfo”ya Agentlikdən təsdiqləyiblər.

Bildirilib ki, Fərid Eminov BNA-da Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır: “Hər bir əməkdaş kimi Fərid bəylə də işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb”.

Qeyd edək ki, məlumatı ilk olaraq index.az saytı yayıb.

Xatırladaq ki, F. Eminov reper kimi fəaliyyətə 2000-ci ildə “Dəyirman” qrupunda başlayıb. 2005-ci ildə “Klan-A-Plan” qrupu yaradılıb və bu qrupun üzvü olub. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasına başlayıb. “Rəqs edir hər kəs”, “Tapın onu” , “Tək-tək”, ”Apar məni” və digər mahnıları var.