Qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi salınıb Qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi salınıb
  • Toplum
  • 21 Aprel 2021 14:06
  •  3 995

“İcra məmurları haqqında” Qanun dəyişdirilir

Qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi salınıb

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilir.

Modern.az xəbər verir ki, icra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir.

Eyni zamanda, qüvvədə olan qanunvericiliyə uyğun olaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

Lakin indiyədək həmin nəzarət mexanizminin qaydasını nəzərdə tutam konkret normativ-hüquqi akt hazırlanmamışdı.

Təqdim edilən qanun layihəsində - “İcra məmurları haqqında” Qanunda bu nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməsi müəyyən edilir. Qanun layihəsi qəbul olunarsa, həmin qaydanın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanması nəzərdə tutulub.

Qanun layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi salınıb.