Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib
  • Toplum
  • 25 Aprel 2021 15:09
  •  3 173

Bakının bu rayonunda su kəsiləcək

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib

Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilişi dayandırılacaq.

Bu barədə AzNews.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib.

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Xətai rayonunun Süleyman Əhmədov, Mingəçevir küçələrinə, Kazımaga Kərimov və Aşıq Qurban küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.