Bu gün 30 minə yaxın şəxs vaksin vurdurub

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb

Bu gün Azərbaycanda koronavirus əleyhinə 29 min 778 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 7957, ikinci mərhələ üzrə 21821 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 566 min 106, birinci mərhələ üzrə vaksin olunanların sayı 987962 , ikinci mərhələ üzrə isə 578144 nəfər təşkil edir.