O sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır O sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır
  • Toplum
  • 7 May 2021 12:24
  •  5 342

Tibbi-Sosial Ekspert komissiyalarının 17 sədri işdən çıxarılıb

O sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır

“Ötən il aparılan islahatlar nəticəsində 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarılıb”.

AzNews.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Sosial saat” verilişində çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

O qeyd edib ki, bəzilərinin də işi Prokurorluğa göndərilib:

“Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır.