Balakəndə avtomobil çaya düşüb, sürücü ölüb, 3 sərnişin xəsarət alıb - FOTO - YENİLƏNİB

Hadisə Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib

Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb

Aznews.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqataladan Balakən şəhəri istiqamətindəhərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılarxəstəxanayaaparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Məmmədvəli oğlu Əhməyev idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb.

R.Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan R.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır./Apa