Bu barədə FHN məlumat yayıb Bu barədə FHN məlumat yayıb
  • Toplum
  • 16 May 2021 20:23
  •  5 144

“Mercedes” və “VAZ” toqquşdu

Bu barədə FHN məlumat yayıb

Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub.

AzNews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.