- Toplum
- 5 İyun 2021 19:03
- 3 975
COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 366 vaksin vurulub
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 735 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 513 085, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 581 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 931 195 təşkil edir.