• Toplum
  • 8 İyun 12:24
  •  12 954

DİN yanında İctimai Şura üzvləri bəlli oldu

Sərbəst və şəffaf seçki

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib.

AzNews.az-a daxil olan məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.

Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222 təmsilçi iştirak edib.
Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi adları çəkilən vətəndaş cəmiyyəti nümayəndələrindən ibarətdir:

Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzv seçilən VCİ nümayəndələrinin siyahısı

Adı

Təmsil olunduğu vətəndaş cəmiyyəti

Səs sayı

1

Əliməmməd Nuriyev

Konstitusiya” Araşdırmalar fondunun prezidenti

131

2

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri

119

3

Kazımov Xalid Vahid oğlu

“Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri

85

4

Becanov Rəfail Zəkəriyyə oğlu

“İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri

81

5

Əmirhüseynova Mahirə İmanqulu qızı

“XXI Əsrin Qadınları” ictimai birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri

79

6

Nurməmmədov Araz Mayıl oğlu

“Gender Bərabərliyi” ictimai birliyinin idarə heyətinin üzvü

71

7

Zeyni Rauf Xurşud oğlu

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

69

8

Məmmədova Sevda Daşdəmir qızı

Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədr müavini

65

9

Muradov Elməddin Nadir oğlu

Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri və “Avtosfer.az” saytının təsisçisi

63

10

Cəfərova Mətanət Əsgər qızı

“Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri

62

11

Şahsuvarov Taleh Novruz oğlu

“Sosial İnformasiya Agentliyi” MMC-nin təsisçisi və direktoru, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru

61

12

Salmanov Elçin Fikrət oğlu

“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” ictimai biriliyinin sədri

60

13

Səfərova Gülayə İsmayıl qızı

“Ailə Dünyası” Ailələrə hüquqi yardım ictimai birliyinin sədri

50

14

Adilov Nadir Adil oğlu

“Avrasiya Hüquqşünaslar Assosiasiyası” ictimai birliyinin sədri

45

15

Abdullayeva Mehriban Əli qızı

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri

44

image description