"İnfeksiya ayrı-ayrı bölgələrdə lokal cərəyanetmə halına düşəcək" "İnfeksiya ayrı-ayrı bölgələrdə lokal cərəyanetmə halına düşəcək"
  • Toplum
  • 12 İyun 2021 15:30
  •  4 101

Gələn ildən pandemiyada əsaslı dönüş olacaq - Baş infeksionist

"İnfeksiya ayrı-ayrı bölgələrdə lokal cərəyanetmə halına düşəcək"

Yəqin ki, gələn ildən başlayaraq, pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək.

Aznews.az xəbər verir ki, bununla əlaqədar olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Səhiyyə Nazirliyinin baş infeksionisti hazırda ölkəmizdə bir sıra qadağaların aradan qaldırıldığını və qarşıdakı günlərdə epidemik vəziyyət əsas məsələ olacağını bildirərək deyib:

“Məlum olduğu kimi, payız-qış aylarına doğru belə infeksiyalara yoluxmada müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, o vaxta qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək. Təbii ki, COVID-19 bir müddət bizimlə yaşayacaq və aramızda olacaq. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək. Bunun üçün hamı çalışmalıdır. Qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır”.