Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub
  • Toplum
  • 12 İyun 2021 18:15
  •  3 702

Bakıda ev və avtomobil yanıb

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub

Aznews.az xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.