• Toplum
  • 13 İyun 20:20
  •  3 141

Şəhid məzunlar ANILDI

170 saylı Sabunçu Tam Orta məktəbində iki fəxri şəhid məzunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Qırx dörd günlük Vətən müharibəsində canlarını qurban etmiş şəhidlər xalqımız tərəfindən bir an belə unudulmur. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ölümün gözünə dik baxaraq, şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi daim uca tutulur.

Bakı şəhərinin Sabunşu rayonundakı 170 saylı tam orta məktəb də öz müqəddəs şəhidlərini yaddan çıxarmır.

Qeyd edək ki, İkinci Qarabağ savaşında məktəbin iki məzunu - Qələndər Alıyev və Taleh Mehdiyev həytlarını vətən uğrunda qurban verərək, müqəddəs şəhidlik mərtəbəsunə yüksəliblər. Onlar sözügedən məktəbin ötən ilki (2018-2019-cu il) məzunlarıdır.

Xatırladaq ki, Taleh MehdiyevTərtər istiqamətində gedən döyüşlərdə, Qələndər Alıyev isə Suqovuşanda şəhid olub.

Aznews.az-ın xəbərinə görə, məktəbin fizika müəlliməsi Gülnarə Misirovanın təşkilatçılığı ilə məktəbin bu şəhidlərinə həsr olunmuş "Fəxri məzunlar" adlı virtual tədbir keçirilib.

Tədbirdə məktəbin şəhid məzunları Qələndər Alıyevlə Taleh Mehdiyevin vaxtilə birgə oxuduqları sinif yoldaşları, onlara dərs deyən müəllimlər və məktəbin digər müəllim və şagirdləri iştirak ediblər.

Tədbirə həmçinin, Sabunçu icra hakimiyyəti nəzdindəki Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Fəqan Əlizadə qatılıb.

Şəhid məzunların ilk müəllimləri olan Yeganə Qurbanova və Samura Cəfərova sevimli şagirdlərinin uşaqlıq illərindəki xatirələrindən danışıblar.

Məktəb şagirdlərinin hər iki şəhidə həsr edərək hazırladıqları videotəqdimatlar göz yaşları ilə nümayiş etdirilib.

Tədbir iştirakçıları şəhid məzunlardan birinin oxuduğu sinifə vaxtilə rəhbərlik etmiş Gülnarə Misirovaya tədbiri təşkil etdiyinə və şəhid şagirdlərini unutmadığına görə təşəkkürlərini bildiriblər. Gülnarə müəllimə "Bu ilki məzun günündən öncə şəhid məzunlarımızı anmağı özümüzə borc bildik. Çünki şəhid məzunlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçməklə, həm də məktəbimizin "fəxri məzunu" titulunu qazanıblar", - deyə söyləyib.

Aznews.az

image description image description image description image description image description image description image description image description