Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib
  • Toplum
  • 17 İyun 2021 15:50
  •  4 610

Masazırda Şəhidlər bulağının açılışı oldu

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib

Bu gün Abşeron rayonunun Masazır kəndində 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə yüksələn kənd sakinləri Dövlətov Zaur Zakir oğlu və Hüseynov Elxan Maarif oğlunun xatirəsinə inşa edilmiş Şəhidlər bulağının açılışı olub.

AzNews.az xəbər verir ki, mərasimdə Abşeronun icra başçısı İradə Gülməmmədova və məsul şəxsləri, yerli bələdiyyə və Hərbi Komissarlıq nümayəndələri, Zaur Dövlətovun bitirdiyi 2 nömrəli Xırdalan orta məktəbinin şagirdləri, şəhidlərin doğmaları, kənd sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, xatirə abidəsindən örtük götürülüb.

Qeyd edək ki, Şəhidlər bulağı üzərində quraşdırılan lövhədə Birinci və İkinci Qarabağ müharibələri, eləcə də 2016-cı il aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən digər şəhidlərdən də bir neçəsinin fotoları əks olunub.