İmtahan nəticələri bu gün saat 13:40-dan etibarən mərkəzin saytında yerləşdirilib İmtahan nəticələri bu gün saat 13:40-dan etibarən mərkəzin saytında yerləşdirilib
  • Toplum
  • 21 İyun 2021 14:44
  •  4 990

Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri açıqlandı

İmtahan nəticələri bu gün saat 13:40-dan etibarən mərkəzin saytında yerləşdirilib

İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün iyunun 20-də keçirilən test imtahanının nəticələri elan olunub.

AzNews.az bildirir ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan nəticələri bu gün saat 13:40-dan etibarən mərkəzin saytında yerləşdirilib.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1 943 namizəddən 37 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 5 nəfər, BA2 altqrupu üzrə 17 nəfər, BA3 altqrupu üzrə 45 nəfər, BA4 altqrupu üzrə 65 nəfər, BB1 altqrupu üzrə 90 nəfər, BB2 altqrupu üzrə 110 nəfər, BB3 altqrupu üzrə 164 nəfər, BB4 altqrupu üzrə 165 nəfər olmaqla, ümumilikdə 661 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 22-24 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).