Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək qalxacaq Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək qalxacaq
  • Toplum
  • 21 İyun 2021 19:30
  •  3 325

Anomal istilər başlayır - özümüzü necə qoruyaq? - VİDEO

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək qalxacaq

Bu həftə Azərbaycanda anomal istilər müşahidə olunacaq.

Aznews.az xəbər verir ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayaraq əhalini ehtiyatlı olmağa çağırıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək qalxacaq. Həmçinin şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək.

"Report"un əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib və anomal istilərdən necə qorunacaqları ilə maraqlanıb.