Bu barədə Təhsil Nazirliyindən məlumat verilib Bu barədə Təhsil Nazirliyindən məlumat verilib
  • Toplum
  • 24 İyun 2021 14:15
  •  2 415

Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib

"Ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur".

AzNews.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər.