Hadisə Bakının Yasamal rayonunda baş verib Hadisə Bakının Yasamal rayonunda baş verib
  • Toplum
  • 4 İyul 2021 19:25
  •  8 672

Paltar sərən qız 6-cı mərtəbədən yıxılıb öldü - VİDEO

Hadisə Bakının Yasamal rayonunda baş verib

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Aznews.az xəbər verir ki, hadisə Yasamal rayonunda KATV-nin binası yaxınlığındakı binada baş verib.

Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.

Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.