Hər iki şəxs 3 gündür yaxınları tərəfindən axtarılırdı Hər iki şəxs 3 gündür yaxınları tərəfindən axtarılırdı
  • Toplum
  • 9 İyul 2021 19:44
  •  5 000

Qarajda oğlanla qızın meyiti tapılıb - FOTO

Hər iki şəxs 3 gündür yaxınları tərəfindən axtarılırdı

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1997-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

image description image description