• Toplum
  • 10 İyul 12:09
  •  2 709

Jurnalistlər binası internetsiz qaldı

“AzEurotel” şikayətlərə baxmır"

Bakının Səbail rayonunda yerləşən Jurnalistlər binasında internet problemi yaşanır.

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, binaların internet təminatını ödəyən “AzEurotel” şirkəti mövcud problemi həll etməkdən boyun qaçırır.

Bina sakinləri bildiriblər ki, şirkət müraciətlərinə baxmadığına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər, lakin nazirlik də məsələnin həlli istiqamətində heç bir addım atmayıb.

Görünən odur ki, nazirlik və şirkət jurnalistlər binasının internetsiz qalmasında maraqlıdır.