- Toplum
- 11 İyul 2021 19:51
- 5 050
Yevlaxda avtomobil kanala aşıb, 3 nəfər xəsarət alıb

Yaralılar xəstəxanaya aparılıb
Yevlaxda minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Aznews.az xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.