Qurban bayramı ilə əlaqədar Qurban bayramı ilə əlaqədar
  • Toplum
  • 15 İyul 2021 15:33
  •  4 156

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Qurban bayramı ilə əlaqədar

“İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır:

“Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.