Açılış mərasimində Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib Açılış mərasimində Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib
  • Toplum
  • 22 İyul 2021 10:57
  •  7 021

Bakıda Polad Həşimov parkının açılışı olub - FOTO - VİDEO

Açılış mərasimində Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib

Bu gün Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov adına parkın açılışı olub.

Aznews.az xəbər verir ki, açılış mərasimində Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib.

Parkda Polad Həşimov və daha 8 şəhidin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Qeyd edək ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb. Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib.

image description image description image description image description image description