Məsələ Dövlət komitəsinin nəzarətindədir Məsələ Dövlət komitəsinin nəzarətindədir
  • Toplum
  • 22 İyul 2021 15:08
  •  3 237

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti açıqlanıb

Məsələ Dövlət komitəsinin nəzarətindədir

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldı.

Bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımi tədbirlər də görülür”.

Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.