• Toplum
  • 22 İyul 2021 18:30
  •  10 194

Duzlu göldəki palçıq şəfalıdır? - VİDEO

Vətəndaşların sözlərinə görə, burada istirahət bir çox xəstəliyin dərmanıdır

Hövsan-Zığ yolunda yerləşən “Duzlu göl” haqqında yəqin ki, hər kəs eşidib. Hər il yay mövsümündə minlərlə insan şəfa tapmaq məqsədilə bu gölə üz tutur. Gölün suyu duzlu və yodla zəngin olduğundan dəri xəstəliyindən əziyyət çəkənlər buraya gəlir. Eyni zamanda gölün müəyyən bir hissəsində çıxarılan palçığı bədənlərinə sürtən vətəndaşlar bu yolla şəfa tapacaqlarını düşünürlər.

Vətəndaşların sözlərinə görə, burada istirahət bir çox xəstəliyin dərmanıdır. Eyni zamanda pandemiyadan əvvəl buraya kifayət qədər turistin gəldiyi də bildirilir.

Həkim-terapevt Nahid Məhərrəmov bu məsələylə bağlı bildirib ki, bu göllərdən istifadə infeksiyaların yayılmasına şərait yarada bilər.