• Toplum
  • 24 İyul 2021 22:22
  •  5 750

Səməd Səmədovda koronavirus ağırlaşması təsdiqlənib - TƏBİB

"Təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb"

Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub.

Aznews.az xəbər verir ki, bu barədəTƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib.

Məlumata əsasən , döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.