BNA məlumat yayıb BNA məlumat yayıb
  • Toplum
  • 4 Avqust 2021 13:49
  •  5 363

2 marşrut xəttinin hərəkət sxemləri dəyişdiriləcək

BNA məlumat yayıb

Sabah Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, təmirlə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.