- Toplum
- 18 Avqust 2021 15:05
- 4 164
Universitet "Azərişığ"ı məhkəməyə verdi
İddiaya Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Azərişıq" ASC-ni məhkəməyə verib.
Bu barədə məhkəmə orqanlarından məlumat verilib.
ADPU-dan "Report"un sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd edilib ki, iddianın qaldırılmasına səbəb elektrik enerjisinin sərfiyyatına görə ödənilən məbləğin səhv hesablanmasıdır.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq. (report)