İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib.

İndoneziyanın Açeh bölgəsindəki Simeulue adası sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Sinabang şəhərindən təxminən 65 kilometr cənub-şərqdə, okeanda yerləşdiyini açıqlayıb. Zəlzələnin dərinliyi təxminən 26,2 kilometr olub.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin 13 kilometr dərinlikdə baş verdiyini və 6,4 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilməyib. Hakimiyyət orqanları zəlzələnin heç bir can itkisi və ya maddi ziyana səbəb olmadığını bildirib.

Zəlzələ bölgədəki yaşayış məntəqələrində qısamüddətli çaxnaşmaya səbəb olsa da, heç bir təcili yardım xəbəri alınmayıb.

Mövsüm,

AzNews.az