Dünya yenidən dizayn olunur

ABŞ və İsrail tərəfdən İrana edilən hücumlar əslində gözlənilən idi. Ona görə də, belə hücumlar təəccüblə qarşılanmadı. Beynəlxalq hüququn deqradasiyası, qlobal təhlükəsizliyə təhdidlərin artması dünyanın təhlükəsizlik arxitekturasının dəyişməsini zəruri etmişdi. Formalaşmaqda olan Çin-Rusiya-İran xəttinin gələcəkdə təhlükəli güc mərkəzinə çevrilməsi təbii ki, həm əvvəlki, həm də hazırkı ABŞ administrasiyasının narahatlığını artırmışdı. Çini ucuz xammal bazası kimi istifadə etdiyi Venesuela, İran kimi mənbələrdən məhrum etmək ABŞ-ın strateji maraq dairəsindədir. Artıq Venesuela tamamilə ram edilib, İranda ediləcək.
Həmçinin bu gün Ukrayna bataqlığında qalan Rusiyanın Orta Şərqdən, Cənubi Qafqazdan, Türküstandan (Mərkəzi Asiyadan) əlləri kəsilməkdədir. Təbii ki, davamlı müqavimətin olması, hətta ABŞ-ı uzunmüddətli münaqişlərə cəlb etmək, Orta Şərqi davamlı müharibə meydanına çevirmək cəhdləri gözləniləndir. İranda 40 ildən artıq davam edən bir mürtəce siyasi rejimin qısa müddətdə çökməsi inandırıcı deyil. Amma Amerikanın strateji planlarında bu rejimi dəyişmək əsas hədəflər sırasında olduğu görünür. Son bir neçə ayda müxtəlif məkanlarda davam edən ABŞ, İran nümayəndələrinin danışıqlarında İran tərəfi razılığa gələ bilsəydi, o zaman qisməndə olsa rejimi xilas etmiş olacaqdılar. Amma, lakin iranlıların dirənişi, gurultulu bəyanatları müharibəni qaçılmaz etdi.
Əlqərəz, dünya yenidən dizayn olunur. Belə dəyişiklikdən böyük itikilərə məruz qalmaq yox, faydalanmaq mümkündür. Qənaətimcə, yeni dünya düzənində Azərbaycan-Türkiyə birliyi, türk dövlətlərinin cəsarətli həmrəyliyi, ümumilikdə, türk dünyasının güc mərkəzi kimi formalaşma prosesini sürətlənə bilər. O zaman bir çox təhlükələrin qarşısını almaq mümkün olar. Hazırda bəzi güc mərkəzlərinin zəifləməsi prosesində və həmçinin geosiyasi baxımdan Türk Dövlətləri Təşkilatının gələcəkdə vahid güc mərkəzinə çevrilməsi regionda sabitliyə ən böyük töhfə olar.
Əkrəm Bəydəmirli