Bakıda 41 ağac sınıb

Dünəndən əsən güclü külək nəticəsində 41 ağac sınıb, 64 ağacın budaqları qopub.

Bu barədə AzNews.az-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar gecə ərzində birliyin briqadaları sınan ağacların götürülməsi və ərazilərin təmizlənməsi ilə mışğul olublar.

Hazırda işlər davam edir.