- Dünyanın halı
- 11:42
- 1 698
ABŞ ordusu Hörmüzlə bağlı bu iddiaları təsdiqləmədi
ABŞ hərbçiləri İranın Hörmüz boğazında mina yerləşdirməsi ilə bağlı kəşfiyyat məlumatlarını və rəsmi açıqlamaları təsdiqləyə bilməyiblər.
AzNews.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "NBC Nyus" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı İranın minaları ya fevralın sonlarında başlayan hərbi münaqişədən əvvəl, ya da onun ilk günlərində boğazda yerləşdirdiyini ehtimal edib.
Telekanal qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və digər amerikalı rəsmilər Tehranı dəfələrlə Hörmüz boğazında minalar yerləşdirməkdə ittiham ediblər. Lakin ABŞ Silahlı Qüvvələri minaların axtarışı üçün dəfələrlə pilotsuz sualtı aparatlar və hərbi aviasiyadan istifadə etsə də, yalnız mina ola biləcək bir neçə obyekt aşkar edib.
Məlumata görə, indiyədək həmin obyektlərin həqiqətən mina olduğunu təsdiqləyən sübut əldə olunmayıb.
Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə daha əvvəl Tehranın Hörmüz boğazında mina yerləşdirməsi ilə bağlı ittihamların "tamamilə yanıltıcı" olduğunu və siyasi məqsədlərə xidmət etdiyini bildirmişdi.