• Toplum
  • 20 Sentyabr 18:42
  •  1 597

Peyvənd olunanların sayı açıqlandı

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7977574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.