- Toplum
- 21 Sentyabr 2021 17:46
- 3 184
Sabahdan hava şəraiti dəyişəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatı
Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.